RU

Xocalı bütün türk dünyası və bəşəriyyətin vicdanı üçün ortaq bir yaradır



"1992-ci il fevralın 26-da Azərbaycanın Xocalı şəhərində bəşəriyyət tarixində qara ləkə olan dəhşətli bir qırğın baş verdi. Mülki şəxsləri hədəf alan bu vəhşi hücum qadınların, uşaqların və yaşlıların vəhşicəsinə qətlə yetirilməsi ilə nəticələndi, yüzlərlə insan həyatını itirdi, minlərlə insan yaralandı və bir çoxları əsir götürüldü.

Bu faciəli hadisə təkcə Azərbaycan xalqı üçün deyil, bütün türk dünyası və bəşəriyyətin vicdanı üçün ortaq bir yaradır. Günahsız mülki şəxslərə qarşı edilən bu qırğın beynəlxalq hüququn, insan hüquqlarının və humanitar dəyərlərin açıq şəkildə pozulmasıdır".

Newscenter.az xəbər verir ki, bunları Türk Dünyası İnkişaf və İnnovasiya Mərkəzinin prezidenti Məsud Gülaçti deyib. O bildirib ki, Xocalıda baş verənlər hətta müharibənin belə bağışlamayacağı bir insanlıq faciəsidir:

"Həmin gecə 613 mülki insan həyatını itirdi ki, onlardan 63-ü uşaq, 106-sı qadın idi. Bundan başqa 487 nəfər ağır yaralandı, 1275 nəfər əsir götürüldü".

Məsud Gülaçti qeyd edib ki, illər keçməsinə baxmayaraq, ağrımız ilk gün kimi təzədir:

"Lakin bilirik ki, xatirələrini yaşadan millətlər yaşayır. Xocalını xatırlamaq ədalət tələbimizi, insanlığın vicdanını canlı saxlamaq deməkdir.

Türk Dünyası İnkişaf və İnnovasiya Mərkəzinin vizyonu ilə gələcəyimizi keçmişimizin ağrılarını unutmadan sülh, ədalət və qardaşlıq təməlləri üzərində qurmağa qərarlıyıq. Çünki tarix yalnız xatırlamaq üçün deyil, həm də dərs çıxarmaq üçündür.

Bu anıamda münasibətlə Xocalıda həyatını itirən bütün şəhidləri mərhəmətlə yad edir, Azərbaycan xalqının ağrısını ürəkdən bölüşürük. Xocalını unutmamışıq və unutdurmayacağıq".

Süleyman İsmayılbəyli
Избранный
16
1
newscenter.az

2Источники