İran həm dinc, həm də hərbi ssenariyə tam hazırdır, lakin məqsədi münaqişənin qarşısını almaqdır.
Ucnoqta.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi Cenevrədə ABŞ-la danışıqlardan əvvəl bildirib.
"Biz hər iki ssenariyə - Allah eləməsin, müharibəyə və sülhə tam hazırıq. Ölkənin silahlı qüvvələri onlara verilən tapşırıqları yerinə yetirməyə hazırdır və İran özünü effektiv şəkildə müdafiə etməyə qadirdir" - Əraqçi deyib.
O əlavə edib ki, İran son müharibədən bir çox dərs çıxarıb və buna görə də daha yaxşı hazırlıqlıdır.
Əraqçi vurğulayıb ki, İranın dinc nüvə proqramı üçün hərbi həll yolu yoxdur.