RU

Azərbaycan xalqına qarşı törədilən bu qanlı cinayət bütün insanlığa yönəlmiş ağır bir vəhşilik aktıdır Millət vəkili

525.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

"26 Fevral Azərbaycan tarixinin ən ağrılı və unudulmaz səhifələrindən biri olan Xocalı soyqırımının ildönümüdür. 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Xocalı şəhərində dinc əhaliyə qarşı törədilmiş kütləvi qırğın insanlığa qarşı ən ağır cinayətlərdən biri kimi tarixə həkk olunub. Ermənistan silahlı qüvvələrinin keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə həyata keçirdiyi hücum nəticəsində yüzlərlə günahsız insan – qadınlar, uşaqlar, ahıllar xüsusi qəddarlıqla qətlə yetirilib. Rəsmi statistikaya əsasən, 613 nəfər öldürülmüş, minlərlə insan yaralanmış, əsir və girov götürülmüş, ailələr tamamilə məhv edilmişdir. Azərbaycan xalqına qarşı törədilmiş bu qanlı cinayət bütün insanlığa və bəşəri dəyərlərə qarşı yönəlmiş ağır bir vəhşilik aktıdır".

Bunu 525.az-a millət vəkili Fatma Yıldırım deyib. Onun sözlərinə görə, Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ildə Milli Məclis tərəfindən “Xocalı soyqırımı günü haqqında” qərarın qəbul olunması ilə bu qanlı faciəyə siyasi-hüquqi qiymət verilmişdir. Hər il 26 fevral saat 17:00-da ölkə ərazisində sükut dəqiqəsinin elan olunması xalqımızın şəhidlərimizin xatirəsinə göstərdiyi dərin ehtiramın ifadəsidir:

"Xüsusi olaraq vurğulamaq istərdim ki, Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində dövlətimiz və diaspor təşkilatlarımız tərəfindən ardıcıl və məqsədyönlü fəaliyyət həyata keçirilir. Bu istiqamətdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” beynəlxalq maarifləndirmə kampaniyası Xocalı soyqırımının beynəlxalq müstəvidə tanınması, faciəyə hüquqi-siyasi qiymət verilməsi və həqiqətlərin geniş auditoriyaya çatdırılmasında mühüm rol oynayır. Bir çox ölkələrin parlamentləri tərəfindən qəbul olunmuş qətnamələr məhz bu ardıcıl, prinsipial və sistemli fəaliyyətin məntiqi nəticəsidir. Məhz bu həqiqətlərin dünya miqyasında tanıdılması və ədalət tələbinin beynəlxalq səviyyədə səsləndirilməsi 2020-ci ildə əldə olunan tarixi Zəfərin ideoloji və mənəvi əsasını daha da möhkəmləndirdi. Müzəffər Ali Baş Komandan,  Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə Vətən Müharibəsində qazanılmış Qələbə xalqımızın 30 illik ədalət mübarizəsinin şanlı yekunu oldu. 2023-cü ildə Xocalı şəhərində üçrəngli Azərbaycan Bayrağının ucaldılması isə tarixi ədalətin bərpasının ən parlaq rəmzinə çevrildi. 

Bu gün Xocalıda həyat yenidən canlanır, genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir, şəhər və kəndlərin məskunlaşması prosesi inamla davam edir. Xocalı bugün dirçəlişin, qayıdışın və qalib Azərbaycanın gücünün simvollarından biridir. 2025-ci ildə möhtərəm Prezidentt İlham Əliyev tərəfindən “Xocalı şəhərində Xocalı Soyqırımı Memorial Kompleksinin yaradılması haqqında” imzalanmış Sərəncam isə şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi istiqamətində atılmış mühüm addımdır. Bu memorial gələcək nəsillərə həqiqətləri çatdıracaq, tariximizin bu qanlı səhifəsini unutmağa qoymayacaq. Xocalı şəhidlərinin xatirəsi xalqımızın yaddaşında əbədi yaşayacaq.   Allah bütün şəhidlərimizə rəhmət eləsin".

Sevinc Qarayeva 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
10
3
525.az

4Источники