RU

Azərbaycanda yanvar ayında ümumi pul kütləsinin həcmi açıqlandı

Bakı. Trend:

Cari ilin yanvar ayının sonunda Azərbaycanda pul kütləsiningeniş mənada (M3 aqreqatı) həcmi 48,186 milyard manat təşkiledib.

Trend AzərbaycanınMərkəzi Bankına istinadən xəbər verir ki, 2025-ci ilin eyni dövrüilə müqayisədə bu 2,611 milyard manat və ya 5,8 faiz çoxdur.

Bundan əlavə, 2026-cı ilin yanvar ayının sonuna manatla pulkütləsinin həcmi (M2 aqreqatı) 38,309 milyard manat təşkil edib ki,bu da 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,557 milyard manatvə ya 10,2% çoxdur.

Hesabat dövründə M1 pul aqreqatının göstəricisi 29,859 milyardmanat olub. Bu, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,229milyard manat və ya 8,1% çoxdur.

Qeyd edək ki, cari ilin yanvar ayının sonuna olan vəziyyətəgörə, Azərbaycanda fəaliyyət göstərən bankların məcmu aktivləri56,936 milyard manat təşkil edib.

2025-ci ilin eyni dövrü ilə müqayisədə bu göstərici 3,845milyard manat və ya 7,2 faiz çoxdur.

Hesabat dövründə bankların məcmu öhdəlikləri 49,529 milyardmanat, balans kapitalı isə 7,407 milyard manat olub.

Beləliklə, 2026-cı ilin yanvar ayında bankların məcmuöhdəlikləri 6,7 faiz, balans kapitalı isə 10,7 faiz artıb.

Məqalədə:
Избранный
20
4
az.trend.az

6Источники