AZ

Azərbaycanda pul kütləsi və bank aktivləri artıb

2026-cı ilin yanvar ayının sonuna Azərbaycanda pul kütləsinin geniş mənada (M3) həcmi 48,186 milyard manat təşkil edib. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 2,611 milyard manat və ya 5,8% çoxdur, məlumatı Azərbaycan Mərkəzi Bankı (AMB) yayıb.

Eyni dövrdə manatla pul kütləsi (M2) 38,309 milyard manat, M1 isə 29,859 milyard manat olub. M2 əvvəlki illə müqayisədə 10,2%, M1 isə 8,1% artıb.

2026-cı ilin yanvar ayında Azərbaycanda fəaliyyət göstərən bankların məcmu aktivləri 56,936 milyard manat, məcmu öhdəlikləri 49,529 milyard manat, balans kapitalı isə 7,407 milyard manat təşkil edib. Aktivlər əvvəlki ilə nisbətən 7,2%, öhdəliklər 6,7%, balans kapitalı isə 10,7% artıb.

Aytac 

Seçilən
0
4
anews.az

6Mənbələr