RU

Cenevrədə ABŞ- İran danışıqları başlayıb

Bu gün İran və ABŞ arasında dolayı nüvə danışıqlarının üçüncü raundu Cenevrədə start götürüb.

"Cebheinfo.az" xəbər verir ki, danışıqlardan əvvəl İran tərəfi öz təklifini Omanın xarici işlər naziri vasitəsilə Amerika nümayəndə heyətinə çatdırıb.

Vasitəçi qismində çıxış edən Oman xarici işlər naziri Bədr əl-Busaidi danışıqların keçiriləcəyi yerə gedərkən  “Bugünkü danışıqlara ümid edirsinizmi?” sualına müsbət cavab verib.

Bu raunda İranın xarici işlər naziri Abbas Əraqçı və ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkof sədrlik edir.

"Cebheinfo.az"

Избранный
33
3
cebheinfo.az

4Источники