Bu gün dünya ictimaiyyəti erməni qəsbkarlarının törətdiyi insanlığa sığmayan Xocalı soyqırımı haqqında daha dolğun məlumatlandırılır.Bəşər tarixində insanlığa qarşı törədilmiş və vəhşiliyinə, qəddarlığına görə ən dəhşətli terror hadisələrindən biri kimi tarixə düşmüş Xocalı soyqırımının törədilməsindən otuz dörd il keçir. Məhz 1992-ci ilin o müdhiş fevral gecəsi erməni silahlı birləşmələri “Sovet İttifaqı” ordusunun Ermənistanda qalmış 366-cı alayının köməyi və iştirakı ilə Xocalı sakinlərinə qarşı dəhşətli soyqırımı aktı törətdilər. Misli görünməmiş vəhşiliklə həyata keçirilən bu qətliam XX əsrin ən dəhşətli faciələrindən biridir. Dinc, silahsız xocalılara şaxtalı bir gecədə amansız divan tutulmuşdur. Əslində, Xocalı faciəsi bir gecənin hadisəsi deyildi. Ermənilər bu faciəyə hələ artıq keçmişdə qalmış “Dağlıq Qarabağ münaqişəsi” başlandıqdan sonra hazırlıq görmüşdülər. Xocalı faciəsinə gedən yolun başlanğıcı isə bu münaqişənin daha aydın şəkildə meydana çıxdığı dövrə təsadüf edir. Elə həmin vaxtdan da Xocalı qətliamının əsası qoyulurdu. Ağdabanda, Qaradağlıda törədilmiş qətliamlar məhz Xocalı soyqırımına aparırdı. Ancaq beynəlxalq ictimaiyyət törədilən bu vəhşiliklərə dur demədi, hadisələrə siyasi qiymət verilmədi. O dövrdə Azərbaycanda hakimiyyətə olan qüvvələrin də bu hadisələrə müdaxilə etməməsi, silahlı düşmənin qarşısında əliyalın xalqımızı köməksiz vəziyyətdə qoyması deyərdim əsl xəyanət idi. Hərçənd ki, xocalılar bu faciəni mərdliklə, qəhrəmanlıqla qarşılamışdılar. Məhz bu qeyri-bərabər mübarizədə öz evini, şəhərini, ailəsini qəhrəmancasına müdafiə edən insanlar şəhid oldular. Düşmən tərəfindən şəhər qana bələndi, əksər ailələr yer üzündən silindi. Faciəni törətməkdə erməni şovinistlərinin məqsədi xalqımızı qorxutmaq, vahimə içində saxlamaq, onun mübarizə əzmini qırmaq, işğal faktı ilə barışmasına nail olmaq idi. Lakin düşmən öz məkrli niyyətlərinə çata bilmədi. Xocalının qəhrəman müdafiəçiləri təpədən-dırnağa qədər müasir silahlarla təchiz olunmuş düşmən qarşısında özünü itirmədi, əyilmədi, qəhrəmanlıq və rəşadət nümunələri göstərdi. Onlar qeyri-bərabər döyüşdə igidliklə vuruşaraq əsl fədakarlıq və vətənpərvərlik nümunəsi göstərdilər. Faciədən bir neçə gün sonra cəsarətli reportyorlarımızın od içində çəkdikləri kadrlar bu gün də dəhşətli mənzərəni seyr edərkən insanı iliyinədək sarsıdır. Körpələri meşələrdə donan, çöhrələrinə ölümün rəngi çökən zavallı anaların ağrılara dönən fəryadı heç vaxt heç kimin yaddaşından silinməyəcək. Xocalı faciəsinin Azərbaycan xalqının qan yaddaşı olduğunu rəsmən bəyan etmiş Ümummilli liderimiz Heydər Əliyev hadisələrə beynəlxalq aləmdə əsl siyasi qiymətin verilməsinin zərurliyini vurğulamış, bu məsələnin dünya ictimaiyyətinə çatdırılması üçün əhəmiyyətli işlər görmüşdür. Bu faciəni xalqımızın böyük dərdi, kədəri, qəmi adlandırmış Ulu Öndər eyni zamanda, xalqımızın əsrlər boyu keçdiyi mübarizəni, milli azadlıq yolunu şanlı, uğurlu yol kimi dəyərləndirmişdir. Xocalı həqiqətlərinin dünyaya çatdırılması, bu həqiqətlərin beynəlxalq aləmdə yayılması, soyqırıma obyektiv qiymət verilməsi istiqamətində Heydər Əliyev Fondunun gördüyü işləri xüsusi qeyd edilməlidir. Məhz Fondun gərgin fəaliyyəti nəticəsində bu gün dünya ölkələri erməni qəsbkarlarının törətdiyi insanlığa sığmayan Xocalı soyqırımı haqqında daha dolğun məlumatlandırılır. Bir sıra dövlətlər, beynəlxalq təşkilatlar, eyni zamanda, nüfuzlu qurumlar bəşəriyyətə qarşı yönəldilmiş bu cinayətin əsl mahiyyətini anlayaraq soyqırımı kimi tanıyırlar. Bu gün tariximizin qan yaddaşı haqqında danışarkən, eyni zamanda Xocalı daxil Qaradağlıda, Ağdabanda və digər yerlərdə ermənilər tərəfindən törədilmiş vəhşiliklər nəticəsində həyatlarını itirmiş soydaşlarımızın nahaq axıdılmış qanlarının yerdə qalmadığını qeyd etməliyik. Bəli, məhz zamanında əli, ayağı donaraq, analarının qucağında körpə vaxtı öz ata-baba yurdlarından məcburi köçkün düşmüş, qovulmuş övladlarımız 44 gün ərzində düşmənə layiqli cəzanı verdilər. Bütün dünyanın gözü önündə Müəzffər ordumuz Ali Baş Komandan cənab İlham Əliyevin mükəmməl sərkərdəliyi altında cinayətkar, əli qana batmış erməni cəlladlarını döyüş meydanında məhv etdi. Buna görə də Azərbaycan xalqı bu gün bütün şəhidlərin ruhuna rəhmət oxuyaraq, eyni zamanda, başını dik tutur.Şəfəq TağıyevaNeftçala rayonu
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта


