RU

Dursun Özbeki ciddi cəza gözləyir

"Qalatasaray" klubunun prezidenti Dursun Özbek Türkiyə Futbol Federasiyası tərəfindən intizam məsuliyyətinə cəlb edilib.

Milli.Az-ın Türkiyə mediasına istinadən məlumatına görə, məsələ ilə bağlı rəsmi qurum tərəfindən açıqlama yayılıb.

Bildirilib ki, Türkiyə Futbol Federasiyasının Hüquq Departamenti Özbekin 21 fevral 2026-cı ildə klubun rəsmi sosial media hesabında, 22 fevralda isə rəsmi internet səhifəsində səsləndirdiyi fikirləri araşdırmaya çıxarıb. Həmin açıqlamaların Futbol İntizam Təlimatının 38-ci maddəsi çərçivəsində "futbolun nüfuzuna xələl gətirən bəyanatlar" kimi qiymətləndirildiyi vurğulanıb.

Məlumata görə, son dövrlər Dursun Özbeklə federasiya arasında yaranmış qarşılıqlı ittihamlar və gərgin münasibətlər bu prosesin başlanmasına əsas səbəb kimi göstərilir. Xatırladılıb ki, 2024 və 2025-ci illərdə də həm Özbek, həm də "Qalatasaray" klubu barədə Peşəkar Futbol İntizam Komitəsi tərəfindən müxtəlif qərarlar qəbul olunub.

İntizam Komitəsinin yekun qərarından asılı olaraq klub rəhbərinə və "Qalatasaray"a maliyyə cəriməsi, müəyyən müddətə rəsmi matçlardan uzaqlaşdırma və digər sanksiyalar tətbiq oluna bilər. Qərarın yaxın günlərdə açıqlanacağı gözlənilir.

Musa
Milli.Az

Избранный
2
1
milli.az

7Источники