RU

Orbandan Zelenskiyə açıq məktub: Dayandırın!

ain.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

Macarıstanın Baş naziri Viktor Orban Ukrayna Prezidenti Volodimir Zelenskini siyasətini dəyişdirməyə və Macarıstana daha çox hörmət göstərməyə çağıran açıq məktub dərc edib.

Globalinfo.az xəbər verir ki, bu barədə o,  X sosial media səhifəsində yazıb.

Məktubda deyilir: “Sizin hərəkətləriniz Macarıstanın maraqlarına ziddir və macar ailələrinin etibarlı və əlverişli enerji təchizatını təhdid edir. Buna görə də, sizi Macarıstan əleyhinə siyasətinizi dayandırmağa çağırıram!”.

Orban bildirib ki, Kiyev və Brüssel Macarıstanda Ukraynayönlü hökuməti hakimiyyətə gətirmək üçün birlikdə çalışırlar:

“Ölkəmiz Ukraynadakı vəziyyətə görə heç bir məsuliyyət daşımır və hərbi əməliyyatları maliyyələşdirmək və ya münaqişədə iştirak etmək istəmir”.

Baş nazir, həmçinin Zelenskini Drujba neft kəmərinin fəaliyyətini dərhal bərpa etməyə və Macarıstanın enerji təhlükəsizliyinə qarşı növbəti hücumlardan çəkinməyə çağırıb.

Əliyar Xəlil

Globalinfo.az 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
26
globalinfo.az

1Источники