BAKI, 26 fevral. TELEQRAF
"Xocalı faciəsi insanlıq vicdanına iz buraxan ləkə olaraq tarixdə yer alıb".
Teleqraf xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar “Ana harayı” abidəsini ziyarət edərkən jurnalistlərə açıqlamasında deyib.
"Vəhşi şəkildə qətlə yetirilən bütün insanlarımlza başsağlığı veririk. Bu insanlıq vicdanına iz buraxan ləkə olaraq tarixdə yer alıb”,- o qeyd edib.