2026-ci ilin yanvar ayında banklar 80,1 milyon manat xalis mənfəət, 155 milyon manat məbləğində əməliyyat mənfəəti əldə etmişlər.
Marja.az xəbər verir ki, bu, Azərbaycan Mərkəzi Bankının dərc etdiyi "Statistik bülleten-2026" hesabatında bildirilir.
Qeyd edilib ki, Yanvar ayında banklar tərəfindən ümumilikdə 32.5 milyon manat məbləğində mənfəət vergisi ödənilmişdir.
Xatırladaq ki, 2025-ci ilin yanvar ayında banklar 71 milyon manat xalis mənfəət, 122,5 milyon manat məbləğində əməliyyat mənfəəti əldə etmişdilər.