EN

Banklar 1 ayda 80 milyon manatdan çox xalis qazanc əldə ediblər

2026-ci ilin yanvar ayında banklar 80,1 milyon manat xalis mənfəət, 155 milyon manat məbləğində əməliyyat mənfəəti əldə etmişlər.

Marja.az xəbər verir ki, bu, Azərbaycan Mərkəzi Bankının dərc etdiyi  "Statistik bülleten-2026" hesabatında bildirilir.

Qeyd edilib ki, Yanvar ayında banklar tərəfindən ümumilikdə 32.5 milyon manat məbləğində mənfəət vergisi ödənilmişdir.

Xatırladaq ki, 2025-ci ilin yanvar ayında banklar 71 milyon manat xalis mənfəət, 122,5 milyon manat məbləğində əməliyyat mənfəəti əldə etmişdilər. 

İş elanları AzVak.az-da

 

Chosen
30
marja.az

1Sources