RU

Pezeşkian: İran nüvə silahlarının hazırlanmasına qarşıdır

Pezeşkian: İran

İran heç vaxt atom bombası hazırlamağa çalışmayıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə İslam Respublikasının Prezidenti Məsum Pezeşkian ABŞ ilə Cenevrədə üçüncü raund dolayı danışıqlar ərəfəsində bildirib.

“Düşmənlər deyirlər ki, İran nüvə silahı yaratmağa can atmamalıdır, amma biz dəfələrlə bəyan etmişik ki, nüvə silahı yaratmaq niyyətimiz yoxdur”, – deyə o, İranın dövlət tele-radio şirkətinə verdiyi müsahibədə söyləyib.

2003-cü ildən etibarən İranın ali lideri ayətullah Əli Xamenei tərəfindən verilmiş fetva mövcuddur ki, ona görə nüvə silahının hazırlanması qadağandır. İslam Respublikası hökuməti dəfələrlə atom bombası yaratmaq niyyətində olmadığını bəyan edib.

Məryəm Quliyeva

Избранный
16
xalqcebhesi.az

1Источники