RU

Cenevrədə İran və Oman XİN başçıları görüşüb

Cenevrədə İran və ABŞ arasında keçirilən dolayı nüvə danışıqlarının üçüncü raundu çərçivəsində İranın xarici işlər naziri Abbas Əraqçı omanlı həmkarı Bədr əl-Busaidi ilə görüş keçirib.

Missiya.Az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüş zamanı İranın nüvə proqramı, eləcə də sanksiyaların ləğvi ilə bağlı mövqelər müzakirə olunub.

Əraqçı diplomatik prosesin irəliləməsində göstərdiyi səylərə görə omanlı həmkarına təşəkkür edib.

İran XİN rəhbəri əlavə edib ki, danışıqların uğuru hər iki tərəfin prosesə ciddi yanaşmasından və ziddiyyətli addımlardan çəkinməsindən asılıdır.

Öz növbəsində əl-Busaidi Omanın vasitəçilik rolunu davam etdirməyə hazır olduğunu vurğulayıb və danışıqların qarşılıqlı ciddilik şəraitində müsbət nəticə verəcəyinə ümid etdiyini bəyan edib.

Qeyd edək ki, bu gün Omanın Cenevrədəki səfirliyində ABŞ və İran arasında danışıqlar baş tutacaq.

Daşqın HəsənovMissiya.Az

Избранный
35
missiya.az

1Источники