2023-cü ilin sentyabrında həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində Xocalı separatçılardan təmizləndi və 15 oktyabr 2023-cü ildə şəhərdə Azərbaycan bayrağı ucaldıldı. Bu hadisə Xocalı şəhidlərinin ruhuna ehtiramın və dövlət iradəsinin rəmzinə çevrildi.
2024-cü il fevralın 26-da Xocalı şəhərində Xocalı Soyqırımı Memorial Kompleksinin təməli qoyulmuş, 2025-ci ildə isə bununla bağlı xüsusi sərəncam imzalanmışdır. Kompleksdə faciənin tarixi, şahid ifadələri, sənədli materiallar və Xocalının coğrafi maketi nümayiş etdiriləcək. Bu memorial gələcək nəsillər üçün həm tarix dərsi, həm də milli yaddaş mərkəzi olacaq.
2026-cı ilin yanvar ayına olan məlumata əsasən, Xocalı şəhəri və kəndlərinə 881 ailə - 3602 nəfər köçürülmüşdür. Ballıca, Xanyurdu, Təzəbinə, Şuşakənd, Badara, Seyidbəyli və digər kəndlərdə bərpa-quruculuq işləri davam edir. Məktəblər, infrastruktur, istehsal müəssisələri istifadəyə verilir. Bu proses "Böyük Qayıdış" strategiyasının tərkib hissəsi olmaqla yanaşı, həm də Xocalının həyatının yenidən dirçəldilməsinin simvoludur.
Bu gün Xocalıda həyat yenidən canlanır, dağıdılmış evlərin yerində yeni binalar ucalır, Azərbaycan bayrağı azad səmalarda dalğalanır. Xocalı artıq yalnız faciə simvolu deyil, həm də dirçəlişin, qələbənin və ədalətin təntənəsinin rəmzidir. 26 Fevral - Xocalı soyqırımı günü yalnız matəm günü deyil, həm də yaddaş, məsuliyyət günüdür. Xocalı qurbanlarının xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31