RU

Zelenskinin Trampla telefon danışığının detalları: Müharibə bir aya bitir

"ABŞ prezidenti Donald Trampla danışdım. Danışıqda  Prezident Trampın nümayəndələri Stiv Uitkof və Cared Kuşner də iştirak edirdi. Komandalarımız hazırda çox çalışır və mən onlara bütün səylərinə, danışıqlara və müharibəyə son qoymaq üçün göstərdikləri səylərə görə təşəkkür etdim". 

Azreform.info xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski yazıb.
O qeyd edib ki, Trampla  telefon danaışığında Cenevrədə keçiriləcək ikitərəfli görüşdə müzakirə olunacaq məsələləri müzakirə edib.

Zelenski deyib ki, bu qış Ukrayna üçün ən çətin qışdır, lakin ABŞ-da satın alına bilən hava hücumundan müdafiə sistemləri üçün raketlər bütün bu çətinliklərin öhdəsindən gəlməkdə və insanların həyatını qorumaqda çox faydalıdır.
“Nümayəndələrimizin fevralın 26-da Cenevrədə ikitərəfli görüşdə üzərində işləyəcəkləri məsələləri, eləcə də martın əvvəlində üçtərəfli formatda keçiriləcək tam danışıqlar qruplarının növbəti görüşünə hazırlıqları müzakirə etdik. Ümid edirik ki, bu, liderlik səviyyəsində danışıqlara keçmək üçün fürsət yaradacaq. Prezident Tramp bu addımlar ardıcıllığını dəstəkləyir. Bu, bütün mürəkkəb və həssas məsələləri həll etməyin və nəhayət müharibəyə son qoymağın yeganə yoludur”, - deyə Zelenski əlavə edib.

Qeyd edək ki, fevralın 26-da Cenevrədə Rusiya-Ukrayna-ABŞ üçrətəfli formatda görüşü  nəzərdə tutulsa da, martın əvvəlinə təxirə salınıb. 
Verilən xəbərlərə görə, növbəti  görüşdə Ukrayna, ABŞ və Rusiya məhbus mübadiləsi, humanitar məsələlər və təhlükəsizlik, o cümlədən Zaporojye Atom Elektrik Stansiyası ətrafındakı vəziyyəti müzakirə ediləcəyi gözlənilir.

Mümkün atəşkəs parametrləri, təhlükəsizlik zəmanətləri və gələcək danışıqlar üçün yol xəritəsinin hazırlanması da müzakirə olunub. Ayrı-ayrılıqda iqtisadi dəstək və Ukraynanın bərpası müzakirə olunub.
“Axios” Trampla  Zelenski arasındakı telefon danaışıqlarını təfərrüatlarını daha geniş formada açıqlayıb.

Telefon danışığı zamanı Tramp müharibəni mümkün qədər tez, bir ay müddətinə  bitirmək istədiyini bildirib.
Nəşr yazıb ki, Tramp yaya qədər sülh müqaviləsi istəsə də, lakin Ukrayna ilə Rusiya arasında, xüsusən də Ukraynanın şərqindəki ərazi ilə bağlı hələ də əhəmiyyətli fikir ayrılıqları mövcuddur.
Nəşrin yazdığına görə, Zelenski  verdiyi dəstəyə görə Trampa təşəkkür edib və bildirib ki, yalnız o, Putini müharibəyə son qoymağa məcbur edə bilər.

“Axios” yazıb ki, Zelenski də müharibənin bu il bitəcəyinə ümid edir.

Mürtəza

Избранный
5
24
azreform.info

10Источники