AZ

Zelenski ilə Tramp arasında telefon danışığı olub

Zelenski
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb. 1news.az xəbər verir ki, bu barədə Zelenski sosial media hesabında məlumat yayıb.
O bildirib ki, telefon danışığında ABŞ-nin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff və Trampın kürəkəni, sabiq baş müşaviri Cared Kuşner də iştirak ediblər. Zelenski qeyd edib ki, Uitkoff və Kuşner bu gün İsveçrənin Cenevrə şəhərində Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerovla görüşəcəklər. Onun sözlərinə görə, Tramp ilə söhbət zamanı Cenevrədə keçiriləcək ikitərəfli görüşlər, həmçinin martın əvvəlində Rusiya, Ukrayna və ABŞ-nin iştirakı ilə planlaşdırılan üçtərəfli danışıqların yeni mərhələsinə hazırlıq məsələləri müzakirə olunub. “Ümid edirik ki, bu, liderlər səviyyəsində danışıqlara keçid üçün imkan yaradacaq”, – deyə Zelenski vurğulayıb. O əlavə edib ki, Tramp müharibənin başa çatdırılması istiqamətində aparılan səyləri dəstəkləyir: “Bütün çətin və həssas məsələləri həll etməyin və nəhayət müharibəyə son qoymağın yeganə yolu budur”.

Zelenski həmçinin Rusiyanın hücumları səbəbindən Ukraynanın ağır qış mövsümü keçirdiyini qeyd edib. Onun sözlərinə görə, telefon danışığında hava hücumundan müdafiə sistemləri üçün raketlərin tədarükü məsələsi də müzakirə edilib.

Seçilən
11
24
1news.az

10Mənbələr