Çempionlar Liqasında pley-off mərhələsindən 1/8 finala vəsiqə qazanan komandalar müəyyənləşib.
Msport.az xəbər verir ki, “Nyukasl” (İngiltərə), “Qalatasaray” (Türkiyə), Bodo-Qlimt” (Norveç), “Atletiko” (İspaniya), “Bayer” (Almaniya), PSJ (Fransa), “Atalanta” (İtaliya) və “Real” (İspaniya) mübarizəni davam etdirirlər.
Sözügedən klublar 1/8 finalda Liqa mərhələsindən birbaşa bu mərhələyə yüksələn komandalara rəqib olacaqlar.
Liqa mərhələsindən birbaşa 1/8 finala yüksələnlər: “Arsenal” (İngiltərə), “Bavariya” (Almaniya), “Liverpul” (İngiltərə), “Tottenhem” (İngiltərə), “Barselona” (İspaniya), “Çelsi” (İngiltərə), “Sportinq” (Portuqaliya), “Mançester Siti” (İngiltərə)
ÇL-in reqlamentinə əsasən, hər komandanın 2 potensial rəqibi var. Potensial cütlər aşağıdakı kimidir:
“Arsenal” – “Atalanta”/”Bayer”
“Liverpul” – “Qalatasaray”/“Atletiko”
“Bavariya” – “Bayer”/“Atalanta”
“Tottenhem” – “Qalatasaray”/ “Atletiko”
“Barselona” – “Nyukasl” / PSJ
“Çelsi” – PSJ / “Nyukasl”
“Sportinq” – “Real” / “Bodo-Qlimt”
“Mançester Siti” – “Real” / “Bodo-Qlimt”
“Nyukasl” – “Çelsi”/ “Barselona”
“Atletiko” – “Liverpul”/ “Tottenhem”
“Bodo-Qlimt” – “Mançester Siti”/”Sportinq”
“Atalanta” – “Arsenal”/”Bavariya”
“Real” – “Mançester Siti”ə/Sportinq”
“Qalatasaray” – “Liverpul”/“Tottenhem”
PSJ – “Barselona”/Çelsi”
“Bayer” – “Bavariya” / “Arsenal”
Qeyd edək ki, 1/8 finalın püşkatma mərasimi sabah keçiriləcək və Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.