RU

İrəvandan Tehrana müəmmalı səfər: Pərdəarxası detallar bəlli oldu

İran ətrafındakı partlayıcı vəziyyət fonunda Ermənistan müdafiə naziri Suren Papikyanın Tehrana səfəri yüksək vəzifəli dövlət məmuru üçün adi xarici səfər hesab edilə bilməz.

Publika.az xəbər verir ki, ABŞ-ın İran sahillərində nəhəng bir armada topladığı və istənilən an zərbə endirməklə hədələdiyi, bu yaxınlarda ABŞ vitse-prezidentini təntənə ilə qəbul etdiyi bir vaxtda bu səfər İrəvanda da birmənalı qəbul edilmir.

İranşünas Nver Davtyan “Sputnik Armenia”ya bildirib ki, Suren Papikyanın səfəri, İrana qarşı böyük təzyiqə və Vaşinqtonun düşməninə yaxın olmağın qaçılmaz geosiyasi xərclərinə baxmayaraq, Ermənistanın İranla bağlı mövqeyini yenidən nəzərdən keçirmək niyyətində olmadığının nümayişi kimi qəbul edilə bilər.

“Ermənistan nazirinin Tehranda görüşlər cədvəli, eləcə də həm iranlı həmkarı, həm də Baş Qərargah rəisi ilə danışıqları Ermənistanın təkcə hərbi-texniki deyil, həm də hərbi əməkdaşlığın, o cümlədən birgə təlimlərin inkişafına olan davamlı marağını nümayiş etdirir. İranın müdafiə naziri təchizat və qoşunların tədarükünə, Baş Qərargah rəisi isə əməliyyat planlaşdırmasına, döyüş təliminə və s. cavabdehdir. Bu baxımdan, Papikyanın hər iki yüksək vəzifəli hərbi məmurla danışıqları əhəmiyyətli hesab edilməlidir”, - ekspert bildirib.

Onun fikrincə, səfər başqa bir məqsədə xidmət edib: Ermənistanın Qərb ölkələrinin İran əleyhinə hərəkətləri üçün platformaya çevrilməyəcəyini nümayiş etdirmək.

Избранный
20
publika.az

1Источники