RU

Azərbaycanda iş saatları azaldılır?

Azərbaycanda iş saatlarının azaldılması və evdən işləmə imkanının tətbiqi məsələsi yenidən müzakirə olunur. Əmək bazarında çevik iş rejiminə keçidin həm işəgötürənlər, həm də işçilər üçün hüquqi və maliyyə nəticələrinin necə olacağı sual doğurur.

Hazırkı vəziyyətdə bu təklif nə qədər realdır? İş saatlarının dəyişdirilməsi hansı üstünlükləri verə bilər?

Publika.az xəbər verir ki, bu barədə Globalinfo.az-a deputat Razi Nurullayev danışıb. O deyib ki, bu təklif cəmiyyət üçün cəlbedici səslənsə də, mövcud şəraitdə bütün sahələr üzrə kütləvi və sürətli tətbiqi real görünmür:

“Çünki ölkədə əmək bazarının və dövlət idarəetməsinin böyük hissəsi fiziki iştirak üzərində qurulub. Təhsil, səhiyyə, xidmət sektoru kimi sahələrdə distant iş modeli məhdud imkanlara malikdir. Bu baxımdan yanaşma ümumi yox, sahələr üzrə fərqli olmalıdır. İş saatlarının çevik formada tənzimlənməsi, xüsusilə böyük şəhərlərdə bir sıra müsbət nəticələr verə bilər. Nəqliyyat sıxlığının azalması, insanların gündəlik stressinin yüngülləşməsi, ailə-iş balansının yaxşılaşması kimi sosial üstünlüklər mümkündür. Eyni zamanda bəzi sahələrdə iş vaxtının daha elastik təşkili məhsuldarlığın artmasına da müsbət təsir göstərə bilər”.

Избранный
1
2
publika.az

3Источники