Razi Nurullayev Deputat bildirib ki, evdən işləmə modelinin geniş tətbiqi isə yalnız texniki imkanlarla deyil, idarəetmə mədəniyyəti ilə bağlıdır: “Bunun üçün rəqəmsal infrastruktur, işin nəticə üzrə ölçülməsi mexanizmləri və işəgötürən tərəfdə etimad mühiti formalaşmalıdır. Əks halda, bu model formal xarakter daşıyacaq və real fayda verməyəcək. Daha rasional yanaşma odur ki, bu istiqamətdə qərarlar kütləvi şəkildə deyil, pilot layihələr əsasında qəbul edilsin. Ayrı-ayrı dövlət qurumlarında, o cümlədən özəl sektorda çevik iş saatları və həftənin müəyyən günlərində evdən işləmə modeli sınaqdan keçirilə bilər. Nəticələr analiz edildikdən sonra mərhələli şəkildə genişləndirmə barədə qərar vermək daha sağlam olar. Ümumilikdə, iş saatlarının dəyişdirilməsi və evdən işləmə imkanlarının tətbiqi perspektivli yanaşmadır, lakin hazırkı mərhələdə bu məsələni tələskən qərarlarla yox, düşünülmüş və mərhələli islahatlarla həll etmək daha məqsədəuyğundur”.