RU

KİV: Zelenski Trampa ilin sonunadək sülhə ümid etdiyini deyib

BAKI, 26 fevral. TELEQRAF

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampla telefon danışığında Ukrayna münaqişəsinin bu ilin sonunadək nizamlanacağına ümid etdiyini bildirib.

Teleqraf xəbər verir ki, bu barədə "Axios" nəşri yazıb.

Nəşrin məlumatına görə, Zelenski söhbət zamanı münaqişənin bu il başa çatacağına ümid etdiyini deyib. Eyni zamanda qeyd olunur ki, Donald Tramp münaqişənin bir ay ərzində bitməsini üstün tutacağını bildirib.

"Axios" xatırladır ki, fevralın 17-də Zelenskinin komandaya Rusiya Prezidenti Vladimir Putinlə Cenevrədə görüşün təşkili tapşırığı verdiyi və bunun ərazi məsələsində irəliləyiş əldə etmək məqsədi daşıdığı barədə məlumat yayılmışdı.

Bundan əvvəl Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Putinin Zelenski ilə görüşlə bağlı mövqeyinin dəyişməz qaldığını bildirmişdi.

Избранный
39
teleqraf.com

1Источники