RU

Britaniya ordusu və HHQ Ukraynada yerləşdirilmə üçün hazırlıqlara başlayıb

Böyük Britaniyanın Quru Qoşunları və Hərbi Hava Qüvvələrinin hərbi qulluqçuları döyüş əməliyyatlarının dayandırılmasından sonra Ukraynada yerləşdirilməyə hazırlaşmağa başlayıblar.

"Report"un məlumatına görə, bunu Böyük Britaniyanın müdafiə naziri Con Hili İcmalar Palatasında (Britaniya parlamentinin aşağı palatası - red.) çıxışı zamanı bildirib.

"Ukrayna üçün nəzərdə tutulan çoxmillətli qüvvələr sülh əldə edildikdən sonra səmada və dənizdə təhlükəsizliyi təmin etmək, həmçinin Ukrayna Silahlı Qüvvələrinin gələcəkdə bərpası olunması üçün yerləşdiriləcək. Britaniya ordusu və Kral Hərbi Hava Qüvvələri hazırda hazırlıq çərçivəsində təlimlər keçirir. Qüvvələrimizin yerləşdirilmə üçün lazımi təchizata malik olması məqsədilə 200 milyon funt-sterlinqin (270 milyon dollar) ayrılmasını artıq sürətləndirmişəm", - deyə hərbi idarənin rəhbəri bildirib.

Bundan əvvəl Hili bəyan etmişdi ki, Ukraynanın müdafiəsi üzrə təmas qrupu ("Ramştayn" formatı) çərçivəsində tərəfdaşlar Kiyevə əlavə 35 milyard dollar həcmində hərbi yardım göstərməyi öhdələrinə götürüblər.

Избранный
33
far.az

1Источники