RU

Mənə yuxarıdan-aşağı baxmayın - 1 saatdan 1 dəqiqə sonra... VİDEO

I Liqada XVI tura yekun vurulub.

Sportinfo.az xəbər verir ki, "Şahdağ Qusar" Şamaxı Olimpiya İdman Kompleksinin stadionunda "Zaqatala"nı qəbul edib.

Qarşılaşma qusarlıların minimal hesablı qələbəsi ilə başa çatıb.

Ardıcıl dördüncü qələbəsini qazanan "Şahdağ Qusar" 24 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. 21 xalı olan "Zaqatala" isə 6-cı yerdədir.

"Şahdağ Qusar" - "Zaqatala" 1:0
Şamaxı OİK stadionu. 50 tamaşaçı
Baş hakim: Namiq Bəkirov
Baş hakimin köməkçiləri: Qəzənfər Məmmədov, Taleh Məmmədov
Dördüncü hakim: Elçin Abdullayev
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: İlham Əliyev
Sarı vərəqə: Mahmud Məmmədov, 74 (qeyri-idman hərəkəti)
Qol: Aqostinyo Çipesse, 61
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 5 dəq.

“Şahdağ Qusar”
31. Nail Alışov
14. Rahid Əmirquliyev (k)
(44. Seymur Əliyev, 78)
29. Elşən Veysov
3. Məhərrəm Orucov
4. Cavad Qurbanlı
5. Ramin Abdullayev
19. Aqostinyo Çipesse
2. Peter Aqblevor
(9. Famil Camalov, 78)
17. Yelmar Aşurov
(77. Ədilxan Qarəhmədov, 84)
71. Sənan Ağalarov
(7. Alassan Kulibali, 88)
40. Kvaku Adjey
Ehtiyat oyunçular:
1. Müşfiq Nadirov
87. Hilal Maqsudlu
6. Əzəmət Ələkbərli
55. Firuz Əhmədov
15. Ayxan Mustafazadə
38. Rail Əmirquliyev
66. Arsen Xalilov
Məşqçi: Elnur Abdullayev

“Zaqatala”
1. Davud Şabanov
33. Kənan Müslümov (k)
77. Sərxan Abdullayev
(5. İbrahim Məmmədov, 83)
8. Roini İsmayılov
10. Rəhman Şabanov
(11. Əfqan Əliyev, 83)
70. Mətin Qəhrəmani
16. Rüstəm Nuruyev
27. Mahmud Məmmədov
(15. Qəşəm Məmmədov, 83)
18. Matondo Lumbu Preddi
(9. Habibu Abduraşid, 63)
19. Kabamba Mardok
99. Kamil Qardaşlı
(7. Asim Babazadə, 71)
Ehtiyat oyunçular:
12. Məmməd Muradov
2. İlkin Qırtımov
34. Davud Mahmudov
20. Mahir Həsənov
Baş məşqçi: Rüstəm Məmmədov

Избранный
25
sportinfo.az

1Источники