RU

Braziliyada daşqınlarda ölənlərin sayı 40-a çatdı

Bakı. Trend:

Braziliyada daşqınlar nəticəsində ölənlərin sayı 40-a yüksəlib,onlarla insan hələ də itkin düşmüş hesab olunur.

Trend xəbər verirki, bu barədə yanğınsöndürmə-xilasetmə xidməti məlumat yayıb.

“Məlumata görə, Minas-Jerays ştatında leysan yağışlarnəticəsində ölənlərin sayı 40 nəfərə çatıb”, - məlumatdabildirilib.

Qeyd olunub ki, daşqınlar və torpaq sürüşmələri Juis-di-Fora vəUba şəhərlərində təxminən 3 600 nəfərin təxliyə edilməsinə səbəbolub, 27 nəfər isə hələ də itkin düşmüş hesab olunur.

Axtarış-xilasetmə işləri davam etdirilir.

Xatırladaq ki, daha əvvəl Braziliyadakı leysanlar nəticəsində 30nəfərin öldüyü, daha 39 sakinin isə itkin düşdüyübildirilmişdi.

Избранный
16
2
az.trend.az

3Источники