RU

Medvedev Qərbi hədələdi

Böyük Britaniya və Fransa Ukraynaya nüvə bombaları verərsə, Rusiya nüvə silahlarından istifadə edəcək. Metbuat.az xəbər verir ki, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev belə açıqlama verib. O bildirib ki, müharibə edən ölkəyə nüvə silahlarının verilməsi vəziyyəti tamamilə dəyişdirəcək. Medvedev, "Əgər belə bir şey baş verərsə, Rusiya Ukraynada təhlükə yaradan hədəflərə qarşı qeyri-strateji nüvə silahları da daxil olmaqla, bütün növ silahlardan istifadə etmək məcburiyyətində qalacaq. Lazım gələrsə, nüvə silahları Rusiya ilə nüvə müharibəsində iştirak edən təchizatçı ölkələrə qarşı da istifadə ediləcək. Buna şübhə olmamalıdır. Rusiyanın bu şəkildə cavab vermək hüququ var", - deyə bildirib.

Qeyd edək ki, Rusiya Xarici Kəşfiyyat Xidməti Böyük Britaniya və Fransanın Ukraynaya nüvə bombası verməyi planlaşdırdığını və bu barədə çalışdığını iddia etmişdi.

Избранный
5
2
metbuat.az

3Источники