RU

Bakıda avtomobil dayanacağı qanunsuz şəkildə BAĞLANIR

ain.az, Modern.az portalına istinadən məlumat verir.

Bakının Nəsimi rayonu ərazisində dayanacağın qanunsuz şəkildə bağlandığı iddia olunur.

Modern.az xəbər verir ki, sakinlər avtomobilini park edə və ya saxladığı yerdən çıxara bilmirlər.

Ərazinin zəncirlə bağlanması təkcə nəqliyyat vasitələrinin yox, piyadaların hərəkətinə də mane olur.

Çəkiliş zamanı ərazi üzrə Mənzil istismar sahəsinin əməkdaşları gələrək zəncirləri açdılar. Məlum oldu ki, bu hal ilk dəfə yaşanmır.

Ərazidə yerləşən restorandan bildirildi ki, zəncirləmə işini onlar həyata keçirməyib. İddiaya görə, ərazidəki tikinti şirkəti binanın qarşısını qanunsuz zəbt edib. Şirkətin işçilərindən də məsələyə münasibət öyrənməyə çalışdıq, amma mümkün olmadı. (Xəzər TV)

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
5
2
modern.az

3Источники