PSJ-nin vingeri Bredli Barkola yayda komandasını dəyişə bilər.
İdmanxeber.az-ın məlumatına görə, Paris klubu 23 yaşlı futbolçu ilə bağlı təklifləri dəyərləndirməyə hazırdır. Onunla ciddi maraqlanan əsas klublardan biri “Barselona”dır. PSJ oyunçu üçün 70 milyon avro tələb edir.
Barkola 2023-cü ildə “Lion”dan 45 milyon avroya transfer olunub və müqaviləsi 2028-ci ilin yayına qədərdir. O, bu mövsüm 33 oyunda 8 qol və 6 assistlə yadda qalıb.