RU

Neftin ucuzlaşması nəticəsində gəlirlər 665 milyon dollar azalalıb

Gununsesi saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Yanvar ayında Azərbaycanın ixrac etdiyi neftin bir barelinin orta satış qiyməti 64 dollar təşkil edib.

Gununsesi.info xəbər verir ki, Dövlət Gömrük Komitəsinin (DGK) məlumatına əsasən, Azərbaycan neftini ötən ilin yanvar ayı ilə müqayisədə 15 faiz daha ucuz satıb.

Belə ki, ötən ilin yanvarında ixrac olunan xam neftin bir barelinin qiyməti 75 dollar olub.

Qeyd edək ki, 2026-cı il üçün Azərbaycan dövlət büdcəsində neftin bir barelinin qiyməti 65 dollar səviyyəsində götürülüb. Bu isə o deməkdir ki, mövcud qiymətlər icmal və dövlət büdcəsinin ilin ilk ayı üzrə gəlirlərində müəyyən risklər yarada bilər. İqtisadçıların fikrincə, yaranacaq kəsirin kompensasiya edilməsi üçün növbəti aylarda və rüblərdə “qara qızıl”ın qiyməti 65 dollar/bareldən yuxarı olmalıdır. Maliyyə Nazirliyinin açıqlamasına görə, neftin qiymətinin hər barel üzrə 1 dollar dəyişməsi ölkənin illik gəlirlərinə təxminən 200-250 milyon ABŞ dolları həcmində təsir göstərir. Növbəti aylarda qiymətlər bərpa olunmazsa, büdcə daxilolmalarında ciddi kəsir yarana bilər. Hazırda dünya birjalarında mart-aprel ayları üzrə müqavilələrdə neftin qiyməti 71 dollar/barel həddinə yüksəlməyə başlayıb. Lakin proqnozlara görə, ilin sonuna kimi qiymətlər 60-65 dollar civarına qədər düşəcək.

Ölkənin neft ixracında yaranmış problem yalnız qiymətlərlə bağlı deyil. Habelə 2026-cı ilin yanvarında bu məhsulun ixrac həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 23,6 faiz azalıb. DGK-nin məlumatına əsasən, hesabat ayında 2,6 milyon ton (19,4 milyon barel) “qara qızıl” ixrac edilib.

Ümumilikdə, həm ixrac həcminin azalması, həm də qiymətlərin ucuzlaşması yanvar ayı üzrə gəlirlərin əvvəlki ilin eyni dövrü ilə müqayisədə 665 milyon dollar və ya 35 faiz azalmasına səbəb olub. Belə ki, sözügedən məhsulun satışından əldə olunan gəlir yanvar ayında 1,2 milyard dollar təşkil edib.

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
36
icma.az

1Источники