Demokrat.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Ana Vətən Partiyasının sədri, deputat Günay Ağamalının köməkçisi vəzifəsindən ayrılan Pərviz Mirizadə sosial şəbəkə hesabında diqqətçəkən paylaşım edib. Bir neçə gün əvvəl deputatın mühafizəçiləri tərəfindən döyüldüyü iddia edilən Pərviz Mirizadə işdən çıxdıqdan sonra status paylaşıb.Demokrat.az xəbər verir ki, o, öz statusunda siyasət sahəsindəki insanları iki qrupa bölərək maraqlı müqayisə aparıb:"Siyasətçi olmaqla siyasətdə olmaq arasında böyük fərq var. Onlar məhz həmin baxışlar əsasında tanınıb, fikirlərinə istinad olunurlar.Siyasətdə olanlarda isə məsələ tamamilə fərqlidir. Onlar siyasətdə məhz səhrada dəvəsini itirmiş ərəb kimidirlər. Məndə varam yanaşması çərçivəsində ordan-burdan yazılar tapırlar, başqalarının beyninin məhsuluna möhtac olurlar, yəni uzun sözün qısası, cılız işlərlə məşğul olurlar. Bu isə sadəcə və sadəcə gülünc vəziyyətə düşüb özünü aldatmaqdır. Nə demək olar? Allah hidayət eləsin".Pərviz Mirizadə redaksiyamıza zəng edərək paylaşımın üvanlı olmadığını, kiməsə aid edilmədiyini bildirib.
Xatırladaq ki, Fəzail Ağamalının yas mərasimində baş verdiyi iddia olunan insident tərəflər tərəfindən təkzib olunsa da, Pərviz Mirizadənin ötən həftə vəzifəsindən ayrılması və bu cür paylaşım etməsi müzakirələrə səbəb olub.Kənan İsmayıl
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.