Ukrayna Prezidenti Vladimir Zelenski Almaniyanın ARD media şirkətinə verdiyi müsahibədə Rusiyanın başlatdığı müharibənin nə vaxt bitəcəyi barədə fərziyyə irəli sürüb.
O qeyd edib ki, müharibə ABŞ Prezidenti Donald Tramp avropalılarla birlikdə “Kreml liderini öz yerinə oturdanda” və onu nəticə verən “real danışıqlara” məcbur etdikdə bitəcək.
Zelenski Rusiya Prezidenti Vladimir Putinin atəşkəsə razılıq verməyə məcbur edilməli olduğunu vurğulayıb. Eyni zamanda, Ukrayna Prezidenti atəşkəslə bağlı güzəştə və danışıqlara, xüsusən də Rusiyanın ərazi iddiaları ilə bağlı açıqlığa hazır olduğunu bildirib. Lakin, onun sözlərinə görə, ərazi məsələsi yalnız dövlət başçıları səviyyəsində görüş zamanı qəti şəkildə həll edilə bilər.
Zelenski müharibəyə son qoymaq üçün şəxsən Putinlə görüşməyə hazır olduğunu bir daha təkrarlayıb.
//Samir Qurbanov, Editor.az