RU

“Ərazini işğal edə bilərsiniz, gələcəyi isə yox!” Çexiya XİN başçısı Lavrovu “sürüdü”

Azpolitika.az saytına istinadən ain.az xəbər verir.

Çexiyanın yeni xarici işlər naziri Petr Macinka BMT Baş Assambleyasında çoxları üçün gözlənilməz olan və möhtəşəm sayılan bir çıxış edib.

“AzPolitika” xəbər verir ki, Çexiyanın populist partiyalarından birini təmsil etməsinə, daha çox Macarıstan və Slovakiya rəhbərliyi ilə eyni çevrədən olduğunu göstərməsinə baxmayaraq, yeni XİN başçısı bu iclasda Rusiyanı çox kəskin tənqid edib.

Macinka çıxışında üzünü birbaşa BMT-nin həmin iclasında iştirak edən Rusiya XİN başçısı Sergey Lavrova tutaraq deyib: "Cənab nazir Lavrov, mən bu gün sizə düşmən kimi deyil, heç bir böyük gücün, böyük dövlətin reallığa qalib gələ bilməyəcəyini çox yaxşı başa düşən biri kimi müraciət edirəm.

Siz müvəqqəti olaraq hansısa əraziyə nəzarət edə bilərsiniz. Müvəqqəti olaraq narrativlərə nəzarət edə, təbliğat yarada və onu istiqamətləndirə bilərsiniz. Amma zamanı özünüzə tabe etdirə bilməzsiniz. Zaman həmişə təhlükəsizlikdən kimin danışdığını və kimin bu təhlükəsizliyi məhv etdiyini göstərəcək.

Bu günkü sual Rusiyanın Ukraynaya qarşı görünməmiş təcavüzünə haqq qazandırmaq üçün dörd ildir istifadə etdiyiniz təhlükəsizlik narahatlıqlarının gerçəkdə olub-olmaması deyil.

Mənim sualım budur: niyə bu ehtimal olunan narahatlıqların cavabı dronlar və artilleriya olmalıdır? Narahatlıqlar qanuni ola bilər. Amma işğal - heç vaxt. Raketlər arqument deyil. Mən sizin raketlərinizi öz uğursuzluğunuzun fiziki etirafı hesab edirəm.

Cənab nazir, qlobal, böyük dövlətin gücü müharibəyə başlamaq qabiliyyətində deyil. Ən böyük güc ona son qoymaq bacarığıdır.

Dörd il sonra dünya sadə cavabları eşitmək istərdi: Sizin qələbəniz necə olmalıdır? Neçə dağıdılmış şəhər kifayətdir? Neçə məhv edilmiş həyat kifayətdir?

Çünki qələbənin aydın sonu yoxdursa, bu, bir strategiyadır. Bu, miskin bir avtopilotdur. Təhlükəsizlik işğal olunmuş ərazinin ölçüsü ilə ölçülmür.

Buna görə də indi olduqca ciddi şəkildə soruşuram: Rusiya bu gün dörd il əvvəlkindən daha təhlükəsizdirmi? Onun daha çox tərəfdaşı, daha çox sabitliyi, daha çox etibarı varmı?

Əgər əsl cavab xeyrdirsə - və bu, doğrudan da xeyrdir – onda məntiqli sual yaranır: seçilmiş yol həqiqətənmi ölkəniz üçün daha böyük təhlükəsizlik gətirib?

Müharibələr bir qələmin hərəkəti ilə bitmir. Onlar "Niyə" sualı ilə bitir. Və bir gün bu suala Ukrayna deyil, Rusiya cavab verəcək.

Qəhrəmanları bir vaxtlar Avropa xalqları ilə nasizmə qarşı çiyin-çiyinə vuruşan ölkədir Rusiya. Lakin bu gün onların xatirəsinə bu müharibənin kölgəsi düşür.

Cənab Lavrov, böyük xalqlar məğlubiyyətdən sağ çıxa bilərlər. Lakin onlar sonu olmayan bir strategiyadan sağ çıxa bilməzlər. Siz ərazini işğal edə bilərsiniz, amma gələcəyi işğal edə bilməzsiniz!

Tarix zamanın onların tərəfində olduğuna inanan böyük dövlətlərlə dolu olub. Əslində isə zaman həmişə onlara qarşı işləyib. Hər müharibə bir planla başlayır. Sizin planınız bu gün yalnız ona görə yaşayır ki, onun iflasa uğradığını etiraf etməyə cəsarətiniz çatmır.

Dörd il keçib, vaxt bitir. Nəhayət, bu müharibəni dayandırmağın vaxtı çatıb!”

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
28
azpolitika.info

1Источники