RU

Almaniya XİN rəhbərindən BİABIRÇI SƏHV: Canlı yayımda DÜZƏLİŞ EDİLDİ – VİDEO

Berbok səhvən Qrenlandiyanın Avropa Birliyinin bir hissəsi olduğunu bildirib.

İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Almaniyanın xarici işlər naziri Annalena Berbok canlı yayım zamanı növbəti dəfə ciddi texniki səhvə yol verməsi ilə gündəmə gəlib.

Nazir çıxışı zamanı Qrenlandiyanın Avropa İttifaqının (Aİ) tərkib hissəsi olduğunu iddia edib.

Berbok bildirib ki, əgər amerikalılara ən başdan “Qrenlandiyanın həm də Aİ ərazisi olduğu” deyilməsəydi, ABŞ-də çoxları bunu heç vaxt bilməzdi.

Verilişin aparıcısı dərhal nazirin sözünə müdaxilə edərək onun səhvini düzəldib. Aparıcı Qrenlandiyanın Avropa İttifaqının ərazisi olmadığını nazirin diqqətinə çatdırıb.

Qeyd edək ki, Qrenlandiya Danimarka Krallığının tərkibində muxtar ərazidir, lakin o, 1985-ci ildə Avropa İttifaqından (o zamankı Avropa İqtisadi Birliyi) çıxıb və hazırda ittifaqın üzvü deyil.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
18
interpress.az

1Источники