RU

Ötən il sahibsiz qalmış neçə əmlak dövlət mülkiyyətinə keçib?

Bakı.Trend:

Ötən il ümumi dəyəri 250 min manat olan 101 ədəd sahibsiz qalmışdövlət mülkiyyətinə keçən əmlak təhvil götürülüb.

Trend xəbərverir ki, bu barədə Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin 2025-ciil ərzində görülən işlər barədə hesabatında qeyd edilir.

Bildirilir ki, ötən il dövlət nəfinə müsadirə edilmiş əmlaklarınsatışı ilə bağlı 5 hərrac keçirilmiş və satılmış əmlakın dəyəri 1,6mln. manat olub. Dövr ərzində bələdiyyə mülkiyyətində olan 557torpağın mülkiyyətə və ya icarəyə verilməsi məqsədilə 51 şəhər vərayon üzrə 49 torpaq müsabiqəsi və 147 torpaq hərracı təşkiledilib, 499 torpaq mülkiyyətə və icarəyə verilib, 58 bələdiyyətorpağının müsabiqə və hərracı baş tutmayıb. Mülkiyyətə verilmiştorpaqların satış qiyməti 1,7 mln. manat, icarəyə verilmiştorpaqların icarə qiyməti isə 508 min manat təşkil edib. Mülkiyyətəvə ya icarəyə verilən bələdiyyə torpaqlarının ümumi sahəsi 3033,58ha (15,5 ha mülkiyyət, 3018,08 ha icarə) təşkil edib. Onlardansahibkarlıq məqsədilə 13,14 ha olan 55, fərdi yaşayış evinintikintisi məqsədilə 5,65 ha olan 76, kənd təsərrüfatı məqsədilə814,13 ha olan 213, heyvandarlıq məqsədilə 2200,66 ha olan 155torpaq sahəsi mülkiyyətə və ya icarəyə verilib.

Избранный
15
4
az.trend.az

5Источники