RU

Ramazanda sağlam qidalanmanın əsas prinsipləri - Həkim açıqladı

“Sağlam qidalanma baxımından Ramazan ayı ən nümunəvi və praktik dövrlərdən biri hesab olunur”. 

“Cebheinfo.az” xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov qurumun “Instagram” hesabında keçirilən canlı yayım zamanı deyib.

O qeyd edib ki, oruc zamanı insan aclıq hissini gerçəkdən yaşayır və bu proses müəyyən çərçivədə orqanizm üçün faydalı sayılır:

“Tibbi praktikada ən sağlam qidalanma modellərindən biri, əsasən, aclıq zamanı yemək yemək və susadıqda su içmək prinsipi üzərində qurulur. Bədənin aclığa adaptasiyası və dözümlülüyünün artırılması baxımından oruc tutmaq faydalı bir prosesdir.

Praktik müşahidələr göstərir ki, hətta müəyyən sağlamlıq problemləri olan insanlar belə oruc tutmağa xüsusi diqqət göstərirlər və bu tendensiya açıq şəkildə nəzərə çarpır”.

Избранный
13
1
cebheinfo.az

2Источники