RU

"Qarabağ"ın futbolçuları ən yaxşılar sırasında: Birinin assisti, digərinin qurtarışı

"Qarabağ"ın futbolçusu Coni Montielin Çempionlar Liqasının pley-off mərhələsinin "Nyukasl"la cavab oyununda etdiyi məhsuldar ötürmə ötən günün ən yaxşıları sırasına düşüb.

Publika.az xəbər verir ki, bununla bağlı UEFA rəsmi sosial şəbəkə hesablarında paylaşım edib.

Montielin 51-ci dəqiqədə Kamilo Duranın vurduğu qol zamanı etdiyi assist qurumun analitiklərinin diqqətini cəlb edib.

Montieldən başqa, "Qarabağ"ın qapıçısı Mateuş Koxalski də UEFA-nın diqqət mərkəzində olub. Onun Harvi Barnsın zərbəsindən sonra etdiyi "save" ötən günün ən yaxşılarından olub.

Heybət

Избранный
5
publika.az

1Источники