RU

Azərbaycanda həyata keçirilən dil siyasəti ilə bağlı mühüm elmi nəticələr əldə edilib

Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Bakı, 25 fevral, Xatirə Cəfərova, foto İlqar Cəfərov, AZƏRTAC

İlk dəfə olaraq Azərbaycan elminin Dil Korpusunun yaradılması, Orfoqrafiya lüğətinin yeni nəşrinin planlaşdırılması, ilk dəfə olaraq Orfoepiya lüğətinin hazırlanması, şəxs adları soraq-məlumat kitabının tərtib edilməsi dövlətimizin başçısının ana dilinin qorunması ilə bağlı qarşıya qoyduğu vəzifələrdən irəli gələn mühüm elmi nəticələrdir

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli AMEA-nın illik Ümumi yığıncağında söyləyib.

“Akademiyanın Rəyasət Heyətinin qərarı ilə Nəsimi adına Dilçilik İnstitutunda Müasir Azərbaycan dili və nitq mədəniyyəti, Onomastika şöbələrinin yaradılması Prezident İlham Əliyevin dil siyasətinin məqsədyönlü şəkildə həyata keçirilməsinə xidmət edən addımlardır”, - deyə akademik İsa Həbibbəyli qeyd edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
7
1
azertag.az

2Источники