RU

Qazaxıstanda təlim uçuşları zamanı Su-30SM qırıcı təyyarəsi qəzaya uğrayıb

Qazaxıstan Müdafiə Nazirliyinin məlumatına görə, fevralın 25-də Karaqanda bölgəsində planlaşdırılan təlim uçuşu zamanı Su-30SM qırıcı təyyarəsi qəzaya uğrayıb.

QHT.az xəbər verir ki, təyyarə heyəti vaxtında katapultasiya edib. Pilotların sağ olduğu, həyat və sağlamlıqlarına təhlükə olmadığı və hazırda həkim nəzarətində olduqları bildirilib.

Hadisə yerinin mühasirəyə alındığı, sakinlər və infrastruktur üçün təhlükə olmadığı qeyd olunub. Qəzanın səbəblərini araşdırmaq üçün Müdafiə Nazirliyi tərəfindən xüsusi komissiya yaradılıb. Araşdırmanın nəticələrinə əsasən müvafiq hüquqi qərar veriləcək.

Избранный
14
qht.az

1Источники