“Azərbaycan Dəmir Yolları” QSC (ADY) qarşıdan gələn Novruz və Ramazan bayramları münasibətilə ölkədaxili marşrutlar üzrə əlavə qatar reysləri təyin edir.
ADY-dən Bakıvaxtı.az-a bildirilib ki, martın 20-30-da hər gün Bakı-Qəbələ-Bakı, martın 19-30-da hər gün Bakı-Ağstafa-Bakı, martın 23-25-də isə Bakı-Ağdam-Bakı marşrutu ilə səfərlər təşkil olunacaq.
Bakı-Ağstafa-Bakı qatarlarına biletləri 10 faiz endirimlə dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya “ADY Mobile” tətbiqindən əldə etmək olar.
Qeyd edək ki, bayram günlərində Bakı–Qazax–Bakı, Bakı-Balakən-Bakı, Gəncə-Qəbələ-Gəncə marşrutları, eləcə də martın 21-28-də Bakı-Ağdam-Bakı marşrutu ilə ənənəvi qrafik üzrə reyslər icra olunacaq.