AZ

Bayram günləri əlavə qatar reysləri işə düşəcək

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) qarşıdan gələn Novruz və Fitr (Ramazan) bayramları münasibətilə ölkədaxili marşrutlar üzrə əlavə qatar reysləri təyin edir.

"Yeni Sabah" xəbər verir ki, martın 20-30-da hər gün Bakı-Qəbələ-Bakı, martın 19-30-da hər gün Bakı-Ağstafa-Bakı, martın 23-25-də isə Bakı-Ağdam-Bakı marşrutu ilə səfərlər təşkil olunacaq.

Bakı-Ağstafa-Bakı qatarlarına biletləri 10 faiz endirimlə dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya “ADY Mobile” tətbiqindən əldə etmək olar.

Bakı–Qazax–Bakı, Bakı-Balakən-Bakı, Gəncə-Qəbələ-Gəncə marşrutları, eləcə də martın 21-28-də Bakı-Ağdam-Bakı marşrutu ilə ənənəvi qrafik üzrə reyslər icra olunacaq.


Telegram kanalımız
Seçilən
3
27
yenisabah.az

10Mənbələr