Bakı. Trend:
Çempionlar Liqasının (ÇL) pley-off mərhələsində "Nyukasl"lacavab görüşü "Qarabağ"ın futbolçusu Kamilo Duran üçün əlamətdarolub.
TrendBeynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS)istinadən xəbər verir ki, Azərbaycan çempionunun hücumçusu ÇL-dəbir mövsümə 5 qol vurmuş ikinci kolumbiyalı kimi tarixə keçib.
Ondan əvvəl bunu Radamel Falkao etmişdi. Belə ki, təcrübəliforvard 2016/2017 mövsümündə "Monako"nun heyətində 5 qol vurmağıbacarmışdı.