Çempionlar Liqasının (ÇL) pley-off mərhələsində "Nyukasl"la cavab görüşü "Qarabağ"ın futbolçusu Kamilo Duran üçün əlamətdar olub.
Xezerxeber.az Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) istinadən xəbər verir ki, Azərbaycan çempionunun hücumçusu ÇL-də bir mövsümə 5 qol vurmuş ikinci kolumbiyalı kimi tarixə keçib.
Ondan əvvəl bunu Radamel Falkao etmişdi. Belə ki, təcrübəli forvard 2016/2017 mövsümündə "Monako"nun heyətində 5 qol vurmağı bacarmışdı.