RU

Azərbaycan cüdoçuları Avropa kubokunda

style='margin-bottom:10px;'>

28 fevral – 1 mart tarixlərində İspaniyanın Mostoles şəhərində cüdo üzrə gənclər arasında Avropa kuboku keçiriləcək. 

QOL.az xəbər verir ki, Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə reallaşacaq yarışda ölkəmiz 3 çəki dərəcəsində 6 cüdoçu ilə təmsil olunacaq.

Azərbaycan milli komandasına qadınlardan ibarət yığmanın böyük məşqçisi Saşa Herkenrat-Vimar rəhbərlik edəcək.

Turnirdə 23 ölkədən ümumilikdə 532 idmançı mübarizə aparacaq. 

Azərbaycan millisinin heyəti isə aşağıdakı kimidir:

Qızlar 

-52 kq
Çinarə Sadıqova
Fəridə Mirzəyeva
Aysun Məmmədova 
Nuranə Hacızadə 

-57 kq
Vüsalə Hacıyeva

-63 kq
Nilgün Rzayeva

Избранный
3
1
teleqraf.com

2Источники