28 fevral – 1 mart tarixlərində İspaniyanın Mostoles şəhərində cüdo üzrə gənclər arasında Avropa kuboku keçiriləcək.
QOL.az xəbər verir ki, Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə reallaşacaq yarışda ölkəmiz 3 çəki dərəcəsində 6 cüdoçu ilə təmsil olunacaq.
Azərbaycan milli komandasına qadınlardan ibarət yığmanın böyük məşqçisi Saşa Herkenrat-Vimar rəhbərlik edəcək.
Turnirdə 23 ölkədən ümumilikdə 532 idmançı mübarizə aparacaq.
Azərbaycan millisinin heyəti isə aşağıdakı kimidir:
Qızlar
-52 kq
Çinarə Sadıqova
Fəridə Mirzəyeva
Aysun Məmmədova
Nuranə Hacızadə
-57 kq
Vüsalə Hacıyeva
-63 kq
Nilgün Rzayeva