RU

Bacısının nişanlısı öldürməyə cəhd edən şəxsin cinayət işi ilə bağlı detallar

Bacısının nişanlısını öldürməyə cəhddə təqsirləndirilən Araz Səmədovun cinayət işinin bəzi detalları məlum olub. 

"Unikal"ın əldə etdiyi məlumata görə, aparılan istintaqla müəyyən edilib ki, 28 fevral 2025-ci il tarixdə Araz Səmədovun yaşadığı Əmircandakı fərdi yaşayış evinə qardaşının qaynı, həmçinin bacısı Şahmuradova Nəzakətin nişanlısı olan Uğurlu Babək qonaq gəlir. 

Bu məqamda müəyyən vaxt keçdikdən sonra Araz Babəki onun bacısı Nəzakətlə yataq otağında söhbət edən zaman zorlamasını, seksual xarakterli zorakı və əxlaqsız hərəkətlər etməsini güman edərək onu qəsdən öldürmək qərarına gəlir. 

Araz qonaq otağından bıçağını götürərək yataq otağına daxil olur və bacısından dərhal otaqdan çıxmasını tələb edir. Lakin bacısı otaqdan çıxmadıqda ilk olaraq Babək Uğurlunun sifət nahiyəsinə yumruq zərbəsi vurur, daha sonra Araz əlindəki bıçağı bacısının sifət nahiyəsinə sıxaraq zərif çapıq xəsarəti yetirir və təkrarən otaqdan çıxmasını tələb edir. 

Bu zaman bacısının nişanlısı olan Babəki öldürmək məqsədi ilə əlindəki bıçaqla onun sinə, qarın və bədəninin müxtəlif nahiyələrinə, ümumilikdə 7 bıçaq zərbəsi endirir. 

Babək Uğurlunun yaralı vəziyyətdə aktiv müdafiə olunması, eyni zamanda evdə olan şəxslərin köməyi və vaxtında müdaxiləsi nəticəsində Araz Səmədovun əlindən bıçağı almaq və zərərsizləşdirmək mümkün olur. Bununla da Araz niyyətini başa çatdıra bilmir və Babəkin həyatı xilas edilir. 

Beləliklə, Araz Səmədova qarşı Cinayət Məcəlləsinin 29, 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməyə cəhd) və 29,120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddələrilə ittiham irəli sürülüb.

Orxan Rasifoğlu

Избранный
35
1
unikal.az

10Источники