RU

“Bayraktar KIZILELMA” növbəti uğura imza atıb VİDEO

ain.az, Azpolitika.az saytına istinadən bildirir.

Türkiyənin müdafiə sənayesində diqqət çəkən yeniliklərə daha biri əlavə olunub.

"Baykar" tərəfindən yerli və milli imkanlarla hazırlanan "Bayraktar KIZILELMA", ASELSAN ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən EOTS (Elektro-Optik Hədəfləmə Sistemi) performans test uçuşunu uğurla tamamlayıb.

Məlumata görə, ASELSAN tərəfindən hazırlanmış TOYGUN elektro-optik hədəfləmə sistemi KIZILELMA platformasına inteqrasiya edilib. Bu inteqrasiya nəticəsində gömülü EOTS texnologiyası dünyada ilk dəfə olaraq pilotsuz döyüş təyyarəsində tətbiq olunub.

Sistemin gövdə daxilinə yerləşdirilməsi təyyarənin aşağı radar izi (stealth) qabiliyyətinin qorunması baxımından mühüm əhəmiyyət daşıyır. TOYGUN EOTS sistemi KIZILELMA-nın görünməzlik üstünlüyünü saxlayaraq yüksək dəqiqlikli hədəfləmə imkanı yaradır.

TOYGUN sistemi həssas zərbə endirmə, kəşfiyyat və müşahidə tapşırıqları üçün nəzərdə tutulub. Bildirilir ki, sistem müasir döyüş meydanının tələblərinə uyğun qabaqcıl texnoloji xüsusiyyətlərlə təchiz edilib.

Qeyd olunur ki, yeni sistemlərin inteqrasiyasından sonra Bayraktar KIZILELMA-nın uçuş sınaqları davam edir.

"AzPolitika.info"

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
6
azpolitika.info

1Источники