RU

El Menço nu satmışdı: CJNG nin yeni lideri Rosalinda olacaq?

Qaynarinfo saytından alınan məlumata görə, ain.az bildirir.

Meksikada sevgilisi ilə gecə əyləncəsində olan narkotik baronu, Xalisso Yeni Nəsil Karteli (CJNG) lideri, "El Menço" ləqəbli Nemesio Osequera Kervantes bazar günü ordu tərəfindən öldürülmüşdü. Bu hadisədən sonra 30 min üzvlü kartel 20 əyalətdə yolları kəsib, nəqliyyat vasitələrini yandırıb və iş yerlərinə atəş açaraq terror aksiyaları həyata keçirib: Ordu ilə kartel silahlıları arasında ağır döyüşlər baş verib.

Qaynarinfo xəbər verir ki, "El Menço"nun öldürüldüyü "Sübh Əməliyyatı" və iki günlük qarşıdurmalarda 70-dən çox insan həlak olub, bunlardan 25-i hərbçi olub. "El Menço"nun şənbə gecəsini tətil kurortu Tapalpada sevgilisi ilə keçirdiyi, səhər qadının ayrılmasından sonra isə çalılıqlara qaçarkən öldürüldüyü bildirilir.

Hadisə ilə bağlı ABŞ kəşfiyyatının dəstəklədiyi iddialardan birinə görə, "El Menço"nun harada olduğu barədə hakimiyyət orqanlarına keçmiş həyat yoldaşı Rosalinda Qonsales Valensiya (63) məlumat verib. 1996-cı ildə evlənən və üç övladı olan "El Menço" və Rosalinda Qonsales Valensiya 2018-ci ildə boşanıblar.

"Kraliça" ləqəbli Rosalinda

Narkotik qaçaqmalçılığı ilə məşğul olan bir ailədən olan Rosalinda Qonsales Valensiyanın "El Menço" da daxil olmaqla, bir çox sevgilisi olub, lakin o, zorakı, milyardlarla dollarlıq qazancı olan CJNG-dən uzaqlaşmayıb. 2018 və 2021-ci illərdə həbs olunan və çirkli pulların yuyulmasına görə 5 il həbs cəzasına məhkum edilən Valensiya keçən il yaxşı davranışına görə azadlığa buraxılıb.

Hazırda harada olduğu bilinməyən Rosalinda CJNG-nin lider namizədləri sırasında göstərilir. Lakin kartelin vəhşi və zorakı təbiətini nəzərə alaraq, qadın liderin qəbul edilməsinin çətin olacağı vurğulanır.

"El Menço" və Rosalindanın böyük qızı Cessika və oğlu Ruben də ABŞ-da narkotik və çirkli pullların yuyulması ittihamı ilə həbsdə olduğu bildirilir. Həmçinin qeyd edilir ki, qanunsuz fəaliyyətlər yolu ilə CJNG-i böyüdən Valensiyanın üç bacı-qardaşından biri də ABŞ-da həbsdədir. Bu arada, Meksika hökumətinin nəzarəti bərpa etdiyi, lakin kartelə qarşı əməliyyatların davam etdiyi bildirilir.

"El Menço" öldürülməzdən əvvəl Meksika ABŞ-a narkotik qaçaqmalçılığında təqsirləndirilən 92 nəfəri təhvil vermişdi: bunların arasında "El Menço"nun qardaşı da var. 22–23 fevral tarixində kartelə böyük zərbə endirilsə də, tamamilə məhv edilə bilməyəcəyi bildirilir.

İndi kartel yeni lider axtarır. Mənbələrə görə, CJNG-də liderlik uğrunda mübarizədə "El Menço"nun ölüm əməliyyatını idarə edən "El Yogurt" ləqəbli Abraham Kano (29) ön plana çıxır. Lakin professor Viktor Valdesin fikrincə, "El Menço"nun ögey oğlu Xuan Karlos Qonsalesin liderlik şansı daha yüksəkdir.

Aydın

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
18
qaynarinfo.az

1Источники