"Azərbaycan Dəmir Yolları" QSC (ADY) qarşıdan gələn Novruz və Ramazan bayramları münasibətilə ölkədaxili marşrutlar üzrə əlavə qatar reysləri təyin edib.
Qurumdan Publika.az-a verilən məlumata görə, səfərlər hər gün olmaqla 20-30 mart tarixlərində Bakı-Qəbələ-Bakı, 19-30 mart tarixlərində Bakı-Ağstafa-Bakı, 23 və 25 martda isə Bakı-Ağdam-Bakı istiqamətində təşkil olunacaq.
Bildirilib ki, Bakı-Ağstafa-Bakı qatarlarına biletləri 10 faiz endirimlə dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya “ADY Mobile” tətbiqindən əldə etmək mümkündür.