RU

Zelenski səfərbərliklə bağlı məsuliyyəti Brüsselə yönəltmək istəyir - İDDİA

Ukrayna prezidenti Volodimir Zelenski səfərbərliklə bağlı mübahisəli üsullara görə məsuliyyəti Brüsselin üzərinə yönəltməyə çalışır.

“İki sahil” xəbər verir ki, bu barədə Almaniyanın “Berliner Zeitung” nəşri yazır. 

Məqalədə bildirilir ki, Ukraynada hökumətə tənqidi yanaşan KİV-lər rəsmi Kiyevi səfərbərlik prosesində yaranan problemlərə görə məsuliyyəti Avropa İttifaqının maliyyə çatışmazlığı ilə izah etməkdə ittiham edirlər.

Nəşrin iddiasına görə, hökumət dairələri səfərbərlikdəki çətinlikləri və narazılıqları əsasən Avropa İttifaqından gözlənilən maliyyə dəstəyinin yetərli olmaması ilə əlaqələndirir və bunu əsas problem kimi təqdim edirlər.

Избранный
27
ikisahil.az

1Источники