RU

Qərbin Gürcüstana qarşı ikili standartları açıq görünür - Kobaxidze

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Almaniya, Fransa və Böyük Britaniyanın Tbilisidəki səfirlərinin Rusiyaya qarşı sanksiyalardan yayınmaqla bağlı tələblərinə sərt münasibət bildirib.

Missiya.Az xəbər verir ki, bu barədə Gürcüstan KİV məlumat yayıb.Baş nazir vurğulayıb ki, Qərb dörd ildir ki, pərdəarxası sanksiyalar tələb edir və indi bunu açıq şəkildə istəyirlər. O bildirib ki, Avropa İttifaqı Rusiya məhsullarının əsas idxalçısıdır və bu ölkələrdən açıqlama tələb etmək yersizdir.

O həmçinin xatırladıb ki, Gürcüstan BMT və digər beynəlxalq təşkilatların qətnamələrinə qoşulub, lakin bəzi “qərbyönümlü” ölkələr bunu etməyib və tənqid olunmayıblar. Baş nazir bunu Qərbin ikili standartlarının nümunəsi adlandırıb.

Qeyd edək ki, Gürcüstan 2022-ci ildən sonra Aİ sanksiyalarına qoşulmayıb, amma beynəlxalq maliyyə məhdudiyyətlərinə riayət edir.

Seyranə QuliyevaMissiya.Az

Избранный
14
missiya.az

1Источники